Elm və Texnologiya

Ozon qatında olan ən böyük dəlik bağlandı - VİDEO

Görünür, planetimiz xilas olmaq üçün növbəti imkan əldə edib.

ENA.azxəbər verir ki, alimlər Şimal qütbü üzərində olan ozon dəliyinin bağlandığını elan edib.

Qeyd olunur ki, ozon dəliyinin sahəsi bir milyon kvadrat kilometr təşkil edirdi və Rusiya sahillərindən Kanadanın Hudzon körfəzinə qədər uzanırdı.

Sözügedən anomaliya qütb burulğanı nəticəsində təbii amillərlə əlaqədar olaraq yaranıb.

Alimlər bildirir ki, ozon qatının müdafiəsi məqsədilə imzalanan Monreal protokolları (1987-ci il) nəticəsində cənub qütbündə ozon dəliyinin incəlməsi ləngidilməsəydi, sözügedən ozon dəliyi ilə birgə bütün canlıların məhvinə səbəb ola biləcək təhlükəli miqdarda ultrabənövşəyi radiasiya Yer kürəsində ciddi fəsadlar törədə bilərdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)