Kapital Bank işçi axtarır - VAKANSİYA
Ümumi məlumat
Kapital Bank namizədləri Naftalan filialların Xidmət bölməsində Kassa üzrə kiçik mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:
Öhdəliklər
• Xəzinə mədaxil və məxaric sənədlərini icra etməzdən əvvəl onun tam doldurulması və əməliyyata sərəncam verən,o cümlədən əməliyyat aparan şəxslərin imzalarının mütləq qaydada olmasına təkrar nəzarət edilməsi
• Əməliyyat gününün sonunda gün ərzində aparılan mədaxil məxaric əməliyyatlarının hesablardan çıxarışla uzlaşdırılaraq balansa çıxılması;
• Əməliyyat gününün sonunda xəzinədəki nağd pul vəsaitlərinin və digər dəyərlilərin filial müdiri və baş mühasibin iştirakı ilə sayılıb balans məlumatları ilə tutuşdurmaq.
Tələblər
• Ali təhsil (riyaziyyat, maliyyə və mühasibat arzuolunandır)
• İş təcrübəsi arzuolunandır
• Riyazi hesablama qabiliyyəti
• Azərbaycan dillərində sərbəst danışmaq bacarığı
• MS Office (Word, Excel) proqramları üzrə biliklər
• Gərgin iş qrafikində işləmək bacarığı
• Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, "mövzu" bölməsində " Kassa üzrə kiçik mütəxəssis – Naftalan " qeyd etməklə CV-nizi recruitment@kapitalbank.az ünvanına göndərin.