Pandemiya sahibkarlara nə öyrətdi?
Fəxri Ağayev yazır...
Bu gün dünyada və ölkədə mövcud olan vəziyyətin əslində bir tərəfdən də biznes və iş dünyası üçün müsbət və faydalı tərəfləri var. Bu haqda fikir və düşüncələrimi, məsləhət və tövsiyələrimi daim məbuatda paylaşıram. Sahibkarlar klubumuzda müxtəlif sahələrdə fəaliyyət göstərən fərqli şirkətlər var.
Şirkət sahibləri və rəhbərləri arasında bir soğru keçirdik – bu vəziyyətdə hansı faydaları gördünüz, işinizdə nələr diqqətinizi çəkdi və hansı addımları atdınız?
Qabil Mustafayev - təsisçi və director (tikinti sektoru).
- bundan da çətin gün ola bilər deyə, o günə hazırlaşmağa başladıq;
- məsafədən idarə etmə bacarığı hamıda daha da inkişaf etdi;
- hər şeyə vaxtında və operativ qərar vermə bacarıqları daha da inkişaf etdi.
Orxan Mәlikov – direktor (tibbi cihazlar və sərfiyyatlar təminatı)
- işdә boşluqları gördüm;
- aktiv satışa baş qarışıq olduğundan, ofis işlәrini diqqәtlә izlәyә bilmirdim. Xeyli maraqlı boşluqlar və məqamlar aşkarlandı;
- işçilәrin sәdaqәti bәlli oldu.
Tehran Əliyev - həmtəsisçisi və Direktor (reklam agentliyi)
- əlavə B, C, D planlarını hazırlamağı öyrəndik;
- məsafədən işləməyi öyrənmiş olduq;
- standart və prosedurları tamamlamış olduq.
Elgün Abbasov - üst idarəçi (apteklər şəbəkəsi)
- əlavə tədbirlər planı ilə komandamızın vahid dəyərlər altında birləşməsini gördük;
- hədsiz faydalı olmağın zövqünü yaşadıq;
- onlayn aptek üzərindən aylar öncə işlədiyimiz layihənin faydalı nəticələrini gördük.
Rəşad Qafarzadə - direktor (İnformasiya Kommunikasiyalar Texnologiyası)
- Məsafədən işləyə biləcəyimizi öyrəndik, təmtəraqlı ofisə və digər əlavə xərclərə ehtiyac yox imiş;
- Əməkdaşlarımızın bir çoxunun sədaqətli olduğuna əmin olduq. Hansı ki, bəziləri maaşlarının müəyyən hissəsindən imtina etdiklərini, bəziləri isə tam olaraq maaşdan imtina etdiklərini bildirdi;
- Ehtiyyat fondun yaradılmasının bu tip hallarda nə qədər kömək olduğuna əmin olduq.
Nuriyyə Quliyeva – direktor (psixologiya mərkəzi)
- onlayn olaraq işin davam etdirilə biləcəyini öyrəndik;
- işlə birlikdə ailəyə də zaman ayırmağın önəmli olduğunu öyrəndik (ayırırdım, amma bu qədər faydalı ola bilmirdim təəssüf ki).
- Daha yaxşı işləmək üçün dincəlməyin faydasını anladıq;
- Şəxsi inkişafla bağlı vaxt imkanı qazandıq.
Sadiq Bəndəliyev - xarici istehsalçı firmada üst idarəçi
- distans işləmə, onlayn görüş və iclaslar;
- riskləri hər zaman göz önündə saxlamaq, hər an hər hadisə ola bilər;
- ağır dönəmdə işçilər üzərində motivasiyanın önəmini.
Azər Bayramov - həmtəsisçi və direktor müavini (istehsalat)
- başa düşdük ki, əsas hədəfimiz müştərilərə dolayı yolla deyil, hər zaman birbaşa çıxışımız olmalıdır və birbaşa öz şirkətimizin adı ilə işləməliyik;
- sadəcə layihə əsaslı işlər deyil, seriyalı istehsalımız olmalıdır. Yəni müştərinin istəklərinə uyğun hər şeyi istehsal edə bilmə imkanları böhran dövründə işə yaramaya bilər. Hansısa konkret məhsul üzrə brendləşmək lazımdır;
- Onlayn satış və xidmət sektoruna yatırım etməliyik;
- Ehtiyatda hər zaman minimum iki-üç aylıq sabit xərc miqdarında nağd pul saxlamalıyıq.
Emil Samedov – həmtəsisçi və direktor (tibbi avadanlıq və sərf materialları idxalı)
- məsafədən işləmək
- bu vəziyyət hər kəsdə olduğu üçün, xüsusən sənin rəqiblərində belə, bəzi bizə faydalı görsənən şeylər bizi yanılda bilər