Əsas məzmuna keç
Bakı +8°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Maliyyə

Azərbaycanda gələn il üçün inflyasiya proqnozu açıqlanıb

Azərbaycanda gələn il üçün inflyasiya proqnozu açıqlanıb

Azərbaycanda gələn il 4,8 faiz inflyasiya proqnozlaşdırılır.

Məlumata görə, bu, Maliyyə Nazirliyinin “Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama”sında əksini tapıb.

2027, 2028 və 2029-cu illərdə isə müvafiq olaraq 4,5 faiz, 4,3 faiz və 4,2 faiz inflyasiya proqnozlaşdırılıb.

Qeyd edilib ki, 2025–2026-cı illər üzrə inflyasiya proqnozları isə inkişaf etməkdə olan ölkələrdə ticarət mallarına zəif qlobal tələbat səbəbindən bir qədər aşağı salınıb, inkişaf etmiş ölkələrdə xüsusilə ABŞ-da nəzərəçarpacaq dərəcədə yuxarıya doğru yenilənib. Beynəlxalq Valyuta Fondunun (BVF) 2025-ci ilin iyul hesabatında cari il üzrə qlobal inflyasiya göstəricisi 4,2 faiz (əvvəlki proqnoz 4,3 faiz), 2026-cı il üzrə isə 3,6 faiz (əvvəlki proqnozla eyni) səviyyəsində qiymətləndirilib ki, bu da 2024-cü il üzrə 5,6 faizlik göstəricidən azdır.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə