Qeyri-Bank

Deloitte-in Azərbaycanla bağlı hesabat təqdimatında Taleh Kazımov çıxış edib

Deloitte-in “Azərbaycanda biznes perspektivləri” adlı makroiqtisadi hesabatının doqquzuncu buraxılışı ictimaiyyətə təqdim edilib. 

Bu buraxılışda əsas makroiqtisadi göstəricilərlə yanaşı maliyyə sektoruna dair qısa icmal da yer alıb. 

Deloitte Azərbaycanın dəvəti ilə xüsusi qonaq qismində tədbirə qatılan Mərkəzi Bankın sədri Taleh Kazımov ölkədəki makroiqtisadi vəziyyət və maliyyə sektorunun inkişafı ilə bağlı fikirlərini bölüşüb, həmçinin real sektoru təmsil edən iştirakçıların suallarını cavablandırıb.

Tədbir sektorun qarşılaşdığı çağırışlar və perspektivlərin müzakirəsi üçün geniş imkanlar yaradıb.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)