Facebook şirkəti Whatsapp messencerini WeChat-a çevirməyi planlaşdırır
Whatsapp insanlar arasında ünsiyyət vasitəsi kimi məşhurdur. Lakin yaxın gələcəkdə onun funksionallığı genişləndirilə bilər. İnternetdə ortaya çıxmış məlumata əsasən Facebook şirkəti Whatsapp messencerini Çindəki WeChat-a çevirməyi planlaşdırır. Bu cür dəyişikliyin əsas ideyası Whatsapp-dan pul köçürmələri, taksi servislərinin sifarişi və digər faydalı əməliyyatların yerinə yetirilməsi ilə əlaqəlidir. Bu barədə 4pda saytı xəbər verib.
Məlumata əsasən öz servislərinin məşhurlaşdırılması üçün Facebook şirkəti şərqi regionlardakı fəaliyyətini genişləndirməyi planlaşdırır. Həmin regionlarda isə supertətbiqlər çox məşhurdurlar. Bu cür tətbiqlər bir interfeys daxilində digər bir neçə servisi birləşdirirlər. Məsələn messencerdən çıxmayaraq pul köçürmələrini, yemək sifarişini və ya online mağazada alış-verişi reallaşdırmaq olar.