Aqrar

“BP Azerbaijan”dan böyük aqrar şirkətə rəhbər gedib

Azərbaycanın kənd təsərrüfatı üzrə ixtisaslaşan böyük şirkətlərindən birinə yeni rəhbər gəlib.

ENA.az bu barədə şirkətə yaxın mənbələrdən əldə etdiyi məlumata görə, “Agro Dairy” Məhdud Məsuliyyətli Cəmiyyətin yeni İdarə Heyəti sədri Vahid Hacıyev Rasim oğludur. O həmçinin törəmə şirkət olan “Agro Dairy Operation” MMC-nin İH sədri təyin edilib.

V.Hacıyev 13 il idi ki, neft şirkəti “BP Azerbaijan”də müxtəlif yüksək vəzifələrdə çalışırdı. Onun sonuncu vəzifəsi son bir ildə bu neft şirkətində Ticarət Əməliyyatları Kəşviyyatı üzrə Biznes menecer, daha əvvəl isə aparat rəhbəri kimi çalışırdı.

Yeni seçdiyi aqrar şirkət 2014-cü ildə yaradılmaqla 11,8 mln. manat nizamnamə kapitalına sahibdir. Şirkəti Hacıyevə qədər Fuad Kərimov rəhbərlik edirdi.

“Agro Dairy” — Azərbaycanın aparıcı kənd təsərrüfatı şirkətlərindən biridir. Baş ofisi Bakıda yerləşir. Suvarma, əkin, tədarük və məhsul emalı ilə ölkənin Samux, Tovuz və Şəmkir kimi ərazilərində fəaliyyət göstərir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)