Əkrəm İmamoğlu barəsində istintaq işi açıldı
İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğluna qarşı istintaq başladılıb.
Türkiyənin “Yenicağ” qəzeti yazır ki, buna səbəb koronavirusla əlaqədar ehtiyaclı vətəndaşlara edilən yardım kampaniyasına sərf edilən vəsaitin nə qədər şəffaf xərcləndiyini araşdırmaqdır.
İstintaqı Türkiyənin Daxili İşlər Nazirliyi aparır.
Hadisəyə münasibət bildirən Ə.İmamoğlu bildirib ki, cəmiyyətin bələdiyyəyə verdiyi ianənin qarşısını bu qaydada almaq utanc vericidir.