Birja

ABŞ birjalarında artım başladı

ABŞ-da COVID-19 pandemiyasının pik nöqtəsindən sonra başlayacaq iqtisadi canlanma gözləntilərilə bağlı Nyu-York Fond Birjasında başlıca indekslərdə artım meydana gəlib.

ENA.az xəbər verir ki, sənaye “Dow Jones” indeksi hərracın ilk dəqiqələrində tam 515,4 bənd (2,19 faiz) artaraq 24 053 bəndə çatıb.

Ölkənin 500 ən böyük şirkətini əhatə edən S&P 500 indeksi isə 51,08 bənd (1,82 faiz) irəliləyərək 2 850 bənddə qərarlaşıb.

Həmçinin “Nasdaq” elektron birjasında indeks 115,64 bənd (1,35 faiz) qalxaraq 8 643 bəndə çatıb.

WSJ xəbər verir ki, “Radobank” bankının Bazar strategiyası departamentinin rəhbəri Riçard Maquayr bazar iştirakçılarının daha çox müsbət məqamları əsas götürdüklərini deyib. Lakin Yeni bazar iqtisadiyyatı ölkələri departamentinin rəhbəri Peter Matisin fikrincə, ən çətin dövr hələ başa çatmayıb və vəziyyətin tezliklə normal hala qayıdacağı barədə nikbin fikirlər hələlik əsassızdır: “Qüvvədə olan məhdudiyyətlərin ləğv ediləcəyini hələ bir neçə ay gözləməli olacağıq”.

Xatırladaq ki, koronavirusa yoluxanların (680 541) və ölənlərin (35 353) ümumi sayına görə ABŞ böyük fərqlə birinci yerdədir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)