ADY-də sərnişindaşıma 18% artıb
2026-cı ilin yanvar-iyun aylarında “Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən 5 milyon 464 min 9 sərnişin daşınıb.
ADY-dən verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 18% daha çoxdur.
Bundan əlavə, cari ilin iyun ayında 950 min 287 sərnişin daşınıb ki, bu da 24% artım deməkdir.
İlin birinci yarısında Abşeron dairəvi dəmir yolu ilə 5.1 milyondan çox (17% artım), rayonlararası marşrutlarla isə təxminən 289 min sərnişin (17% artım) səfər edib.
Eyni zamanda, mayda yenidən fəaliyyətə başlamış Bakı-Tbilisi-Bakı reysləri ilə 12 mindən çox sərnişin daşınıb.

















