Gilead-ın dərmanı koronavirusun müalicəsində işə yaradı
Medikal xəbər nəşri Stat-da alan bir xəbərdə Gilead-ın dərmanının koronavirus müalicəsində işə yaradığı bildirilib.
ENA.az xəbər verir ki, Gilead Sciences Inc. şirkətinin səhmləri, Çikaqoda müalicə olunan bir qrup xəstənin "qızdırmasının və tənəffüslə əlaqədar semptomlarının sürətli bir şəkildə azaldığı" barədə xəbərin ardından kəskin bahalaşıb.
Xəbərə görə, infeksiya xəstəlikləri professoru Kathleen Mullane, çox xəstənin xəstəxanadan buraxıldığını və yalnız iki adamın öldüyünü söyləyib.
Gilead-ın dərmanı, Covid-19 xəstələrinin müalicəsində ən çox izlənilən araşdırmalardan biridir. Vəziyyəti mülayim və ciddi olan xəstələrdə iki dərman sınağı aparan şirkət, araşdırmaya 4 min adamı daxil etməyi hədəfləyir. Çikaqo Universiteti təcrübələrə əksəriyyətinin vəziyyəti ciddi olan 125 xəstəni daxil edib.
Şirkətin səhmlər bazar bağlandıqdan sonra 10% bahalaşıb.
Nəticələr hələ az olsa da ümid vəd edir. Az qala bütün xəstələrin yaxşılaşması əhəmiyyət daşıyır.
BİZİ FACEBOOKDAN İZLƏ