Sosial iqtisadiyyat

I rübdə Azərbaycan iqtisadiyyatına kapital qoyuluşları 6,5% artıb

2020-ci ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına kapital qoyuluşları 2 mlrd. 929,4 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 6,5% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Kapital qoyuluşlarının artımı neft sektoruna yatırılmış investisiyaların 29,4% artması ilə bağlı olub. Hesabat dövründə qeyri-neft sektoruna sərmayə qoyuluşları 9,1% azalıb.

Hesabat dövründə kapital qoyuluşlarının ümumi həcmindən 50,7% əsas kapitala yönəldilib.

Bu dövrdə investisiyaların ümumi həcmindən 1 milyard 684,3 milyon manat və ya 57,5%-i tikinti-quraşdırma işlərinə yönəldilib.

Yanvar-mart aylarında 2 mlrd. 21 mln. manat (bütün investisiyaların 69%-i) istehsalat təyinatlı obyektlərin, 619,7 mln. manat (bütün investisiyaların 21,1%-i) xidmət sahələri üzrə obyektlərin, 288,7 mln. manat (bütün investisiyaların 9,9%-i) yaşayış evlərinin tikintisinə yönəldilib.

Hesabat dövründə 1 muilyard 225,9 mln. manat (bütün investisiyaların 41,8%-i) xarici investisiyaların, 1 mlrd. 703,5 mln. manat (bütün investisiyaların 58,2%-i) daxili investisiyaların payına düşüb.

2019-cu ildə Azərbaycanda əsas kapitala vəsait qoyuluşları 2,2% azalıb.**

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department