Sosial iqtisadiyyat

Başkortostandan etil spirti Azərbaycana ixrac olunacaq

Rusiyanın "Başspirt” SC Azərbaycanda “Carçıoğlu Group”şirkətinə etil spirti ixracına dair iri müqavilə imzalayıb. Bu barədə Rusiya mətbuatı məlumat verir.

“Müqavilə Azərbaycanda Rusiya İxrac Mərkəzinin nümayəndəsi Nuri Quliyev və Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyinin fəal iştirakı ilə imzalanıb”, - mətbuat Başkortostan Respublikası Xarici İqtisadi Əlaqələr üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən məlumat verir.

Müqavilənin digər təfərrüatları barədə məlumat verilmir.

“Carçıoğlu Group” MMC Rusiya şirkətləri ilə əməkdaşlıq təcrübəsinə malikdir. Xüsusilə, Rusiyanın “Tatspirtprom“ dövlət şirkəti ilə Qusar rayonunda “RusAzeriSpirts” birgə müəssisəsi yaradılıb. 2019-cu ilin oktyabr ayında birgə müəssisə spitli içkilərin istehsalına başlayıb. Layihəyə ilkin investisiyalar 2 milyon dollar təşkil edib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)