Sosial iqtisadiyyat

Xərclənən pul artır, alınan ət isə azalır - İDXAL BAHALAŞIR

2020-ci ilin ilk 3 ayındaAzərbaycana xarici ölkələrdən 20 milyon 238 min dollar dəyərində 11 min 15 ton ət idxal edilib. Keçən il bu məbləğdən də aşağı xərclə daha çox ət alınmışdı. 

ENA.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2019-cu ilin ilk 3 ayı ilə müqayisədə ət idxalı məbləğ ifadəsində 11,5% artıb, miqdar ifadəsində isə 15,4% azalıb. Bu, idxal ətin bahalaşdığına işarədir.

Belə ki, 2019-cu ilin ilk 3 ayı ərzində Azərbaycana 18 milyon 148 min dollar dəyərində 13 min 33 ton ət idxal edilmişdi.

1 ton ətin gömrük rəsmiləşdirilməsi qiyməti 1392 dollardan 1837 dollara yüksəlib (445 dollar artım).

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)