Sənaye

Neft yenidən ucuzlaşmağa başlayıb - WTI NEFTİ 19 DOLLARA SATILIR

Dünya birjalarında neftin qiyməti azalır.

ENA.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,44 dollar və ya 2,19% azalaraq 19,67 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti isə 1,03 dollar və ya 3,48% azalaraq 28,57 dollar təşkil edib.

Eləcə də bax: Azərbaycan nefti daha da ucuzlaşdı

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department