MALİYYƏ

Valyuta hərracı başa çatdı - MƏZƏNNƏ

14 aprel 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.

ENA.az Mərkəzi Banka istinadən xəbər verir ki, hərracda tələb 56,5 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir. Bir əvvəlki hərracda tələb 55 milyon dollar təşkil etmişdi.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department