AZAL bu tarixədək uçuşları dayandırdı
![](https://ena.az/uploads/news/2020-04/_ena_2a361367aa103be5877490cc4_o.jpg)
Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üzrə tədbirlərlə əlaqədar milli aviadaşıyıcı – AZAL şirkəti iyunun 1-nə qədərki dövr üçün reyslərinə satışları dayandırıb.
Bu barədə Bakı aeroportunun direktor müavini Kənan Hacıyev AzTV-yə müsahibəsində bildirib.
Azərbaycan vətəndaşlarının xaricdən təxliyyəsi üzrə çarter reyslərinə gəlincə, onların aprelin 20-dən sonra bərpa ediləcəyi gözlənilir.
Amma Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun olaraq qeyd edilən tarixlərə düzəliş edilə bilər.
©Anews