Beynəlxalq Bank işçi axtarır - VAKANSİYA
“ABB” ASC Rəqəmsal innovasiyaların tətbiqi departamentinin Məlumatların analitikası şöbəsinə Data üzrə baş analitik vakansiyasını elan edir.
Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
• Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
• Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
• Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
• Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
• Yüksək komanda ruhunda əməkdaşlıq;
• Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
• Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
• Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
• Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
• Bankdaxili aktiv sosial həyat
Namizədin vəzifə öhdəlikləri:
• Recommender systems, personalization, natural language processing, fraud detection, credit scoring kimi layihələrdə iştirak etmək;
• Məlumatları toplamaq və istifadəyə yararli hala çevirmək;
• Müştəri məhsullarında işləyəcək analitik modellərin tətbiqini aparmaq;
• Sürətlə inkişaf edən bir mühitdə işləmək
Namizədə olan tələblər:
• Kompüter Elmləri, Tətbiqi Riyaziyyat, Fizika, Riyaziyyat və ya Statistika sahəsində bakalavr, magistr və ya doktor dərəcəsi olan;
• Statistika, Xətti Cəbr və Riyazi analizin əsaslarini bilən;
• Bank sistemləri və maliyyə üzrə baza biliklərinə sahib olan;
• Regression, Decision trees, Random Forests, XGBoost, LightGBM, Clustering, Neural networks və s kimi məlumat modelləri haqqinda dərin biliklərə sahib olan;
• TensorFlow, Keras, PyTorch, Scikit-Learn, Pandas, Numpy, Jupyter texnologiyalarinda güclü bilik və təcrübəyə malik olan;
• Data Science, Machine Learning və ya Statistics layihələrində ən azi 3 il təcrübəsi olan;
• Proqramlaşdırma dillərində güclü proqramlaşdırma bacarığı olan (Python);
• Verilənlər bazası və SQL ilə iş təcrübəsi olan;
• Univeristetdə və ya Məktəbdə bir proqram layihəsində peşəkar təcrübə və ya açıq mənbə kontekstində proqramlaşdırma təcrübəsi olan;
• Güclü problem həll etmə bacarıqlarını nümayiş etdirən;
• Mükəmməl ünsiyyət və komandada iştirak bacarığı olan;
• Computer vision biliyi olan (arzu olunandır);
• Nitqin tanınması, təbii dilin başa düşülməsi və mətnin səsləndirilməsi sistemlərini bilən;
• Həvəsli və müstəqil öyrənmək kimi güclü bir qabiliyyətə sahib olan birisidir
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 1 may 2020-ci il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının (“Data üzrə baş analitik”) göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Əlavə məlumat üçün: www.ibar.az