Özbəkistan höküməti Azərbaycana 200 min maska və respiratorların göndərilməsi barədə qərar çıxarıb
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin göstərişi ilə Türk Şurasının üzvü olan Özbəkistan Azərbaycanın koronovirus epidemiyasını qarşı mübarizə səylərini dəstəkləmək məqsədilə 200 min maska və respiratorların göndərilməsi barədə qərar çıxarıb.
Bu barədə Özbəkistan Respublikasının Baş Nazirinin müavini, iki ölkə arasında hökumətlərarası Komissiyannın Özbəkistan tərəfdən rəhbəri Sardor Umurzakovun Azərbaycan Respublikasının Baş Nazirinin müavini, Azərbaycan tərəfdən hökumətlərarası Komissiyannın rəhbəri Yaqub Eyyubova yazdığı məktubda məlumat verilir.
Məktubda qeyd olunur ki, Özbəkistan tərəfi ümid edir ki, bu yardım qardaş Azərbaycanda epidemiyanın qarşısının alınmasına bir töhfə olacaqdır. Özbək tərəfi bu çətin dövrdə Azərbaycan xalqına birlik və bərabərlik arzulayır.
Qeyd edək ki, bugün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə koronovirs epidemiyasına qarşı mübarizəyə həsr olunmuş Türk Şurası üzv dövlətlərinin ölkə başçılarının iştirakı ilə videokonfrans keçiriləcəkdir.