Tibbdə inqilabi texnologiya - VİDEO
Bu inqilabi skaner iki əsas diaqnostik alətlərin birləşdirilmiş və təkmilləşdirilmiş versiyasıdır. Belə ki, yeni skaner özündə pozitron-emission tamoqrafiyasını və kompüter tamoqrafiyasını birləşdirir. Alimlərin sözlərinə görə yaradılmış yeni aparatın imkanları sonsuzdur. Kaliforniya Universitetinin alimləri bütün insan bədəninin skan edən 3D skaneri təqdim ediblər. Qeyd etmək lazımdır ki, bu, dünyanın ilk belə bir cihazıdır. Sözügedən cihaz EXPLORER adlanır və Şanxayın United Imaging Healthcare şirkəti ilə birlikdə yaradılıb.
Cihaz özündə pozitron-emission tamoqrafiyası ilə komptüer tamoqrafiyasını birləşdirsə də hər ikisindən daha effektivdir. Belə ki, EXPLORER adi pozitron-emission tamoqrafiyasından 40 dəfə daha sürətli nəticə verməyə qadirdir. Belə ki, EXPLORER vasitəsilə bütün insan bədəninin skan edilməsinə 20-30 saniyə vaxt sərf edilir. “EXPLORER-in detalizasiya səviyyəsi inanılmazdır. O, əvvəllər həkimlər üçün əlçatan olmayan özəllikləri görməyə imkan verir. Hal hazırda dünyada bu cihazın elə bir analoqu yoxdur ki, bu cür nəticələri təqdim etsin” – deyə alimlərdən biri qeyd edib. Bununla yanaşı standart pozitron-emission tamoqrafiya üsulundan fərqli olaraq EXPLORER vasitəsilə skan prosesi zamanı insan 40 dəfə daha az şüalanmaya məruz qalır. Beləliklə bu cihaz vasitəsilə hansısa şəxsi bir neçə dəfə skan etmək olar.
İlk dəfə olaraq alimlər bu cihaz vasitəsilə insan orqanlarında və toxumalarında eyni anda nələrin baş verdiyini öyrənmək imkanına sahib olublar. EXPLORER-dən xərçəng xəstəliyinin, immun xəstəliklərinin, infeksiyaların və s. kimi xəstəliklərin tədqiqatında istifadə edilməsi planlaşdırılır. Müəyyən vaxtdan sonra EXPLORER-ə əlavə alətlər də əlavə olunacaq. Onlar insan orqanizmində olan dərman preparatlarının hərəkətini izləyəcəklər. Bu isə öz növbəsində orqanizmin reaksiyası üzrə müalicəni real zaman ərzində optimallaşdırmağa imkan verəcək. EXPLORER cihazınıın ilk klinik təcrübələrdə istifadəsinin artıq gələn ilin İyun ayında reallaşdırılacağı güman edilir.