ENA+

7500 nəfər işdən çıxarılır

İsveçin IKEA kompaniyası biznesin inkişafı strategiyasının dəyişdirilməsi çərçivəsində 30 ölkədə 7,5 min əməkdaşını işdən azad etməyi planlaşdırır. Hazırda IKEA-da təxminən 160 min nəfər çalışır.

"BI" xəbər verir ki, Interfax informasiya agentliyinin məlumatına görə, bununla yanaşı, kompaniya dünyanın ən böyük 30 meqapolisində mağazalar açmaqla 11,5 min yeni iş yeri yaratmaq niyyətindədir. Eyni zamanda, IKEA online-ticarət sahəsinə investisiyanı artırmağı nəzərdə tutur.

IKEA kompaniyası mebel və məişət əşyaları ticarətində dünyanın ən iri pərakəndə satış şəbəkələrindən biridir. Onun 50-dən çox ölkədə 422 mağazası fəaliyyət göstərir. Ötən maliyyə ilində bu mağazalara 957 milyon müştəri gəlib. Həmin dövr ərzində kompaniyanın 35 ölkədə fəaliyyət göstərən internet-mağaza saytlarına isə 2,5 milyard baxış olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)