"Azsığorta"nın xalis mənfəəti kəskin azalıb
"Azsığorta" ASC 2019-cu ili 769 min manat xalis mənfəətlə başa vurub.
ENA.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbərən 82,55% azdır.
Ötən il "Azsığorta"nın gəlirləri 19,173 milyon manat (illik müqayisədə 36,2% az), xərcləri 18,212 milyon manat (26,1% az), mənfəət vergisi ödəmələri isə 192 min manat (81% az) təşkil edib.
Bu il yanvarın 1-nə “Azsığorta”nın aktivləri 58,245 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 4,1% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 11,9% azalaraq 23,187 milyon manata düşüb, balans kapitalı isə 1,9% artaraq 35,058 milyon manata çatıb.
Xatırladaq ki, "Azsığorta" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 20,3 milyon manatdır. Şirkətin səhmləri 100% Hikmət Abuzər oğlu İsmayılova (“AFB Bank” ASC-nin 99,64%-lik, "Bank of Baku" ASC-nin isə 31,11%-lik səhmdarı) məxsusdur.