BİZNES

"Renault"un yeni direktoru məlum oldu

Tieri Bolore Qonu müvəqqəti olaraq əvəz edəcək. 

"BI" xəbər verir ki, Fransanın avtomobil istehsalçısı “Renault”nun yeni müvəqqəti direktoru Tieri Bolore təyin olunub. Tieri Bolore əvvəlki direktoru hazırda həbsdə olan Karlos Qonu əvəz edib. Karlos Qon iki gün əvvəl maliyyə fırıldağında ittiham olunduğu üçün həbs edilib.

O, vergi bəyannaməsində gəlirlərini əslində olduğundan az göstərib. Karlos Qon, eyni zamanda, Nissan və Mitsubişi Motors şirkətlərindən təşkil olunmuş avtomobil alyansının prezidentidir. Qona qarşı səsləndirilən ittihamlar fonunda şirkətin səhmləri 11 faiz ucuzlaşıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department