Sənaye

Neft daha da bahalaşdı - YENİ QİYMƏT

Dünya birjalarında neftin qiyməti artıb.

ENA.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 3,02 dollar və ya 11,93% artaraq 28,34 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti isə 4,17 dollar və ya 13,93% artaraq 34,11 dollar təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department