“Neft krizi”nə qarşı birləşmə - Rusiya, ABŞ və ОPEC+
Rusiya prezidenti Putin bütün tərəfdaşlarla birlikdə neft hasilatını sutka ərzində 10 milyon barel və daha çox azaltmağa hazır olduğunu bildirib.
Rusiya başqa ölkələrlə gücləri birləşdirməyə hazırdır, deyə Valdimir Putin bu məsələdə ortaqlıq prinsipini irəli sürdü:
“Əlbəttə, bütün bunlar qarşılıqlı əməkdaşlıqla baş verməlidir. Rusiya ABŞ, OPEC+ iştirakçıları ölkələri ilə danışıqlara hazırdır”.
Bu məlumatlar isə neftin qiymətinin bahalaşmasında öz rolunu oynamağa başlayıb. Bu gün Brent markalı neftin bareli 32,84 dollara qalxıb.
Qeyd edək ki, neftin bahalaşmasında Çin iqtisadiyyatının da rolu olub. Belə ki, Çin iqtisadiyyatı bərpaolunmağa başladığından tələbdə müəyyən artım baş verib.