Neft sürətlə bahalaşır - QİYMƏTİ 32 DOLLARI ÖTDÜ
Dünya birjalarında neftin qiyməti artıb.
ENA.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1,01 dollar və ya 3,99% artaraq 26,33 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti isə 2,84 dollar və ya 9,49% artaraq 32,78 dollar təşkil edib.