MALİYYƏ

AYİB-dən 1 milyard avroluq təcili "həmrəylik paketi"

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) koronavirusun təsirindən dünya bazarındakı şok vəziyyətinin ikiqat çətinliyi ilə üzləşdiyi üçün Azərbaycan şirkətlərinə dəstəyi artırır.

ENA.az xəbər verir ki, AYİB Azərbaycandakı müştərilər də daxil olmaqla, 38 iqtisadiyyatdakı mövcud müştəriləri üçün 1 milyard avro dəyərində təcili "həmrəylik paketi" təqdim edib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov ilə AYİB-in Şərqi Avropa və Qafqaz üzrə İdarəedici direktoru Matteo Patrone, AYİB-in Qafqaz üzrə regional direktoru Catarina Bjorlin Hansen və Bankın Azərbaycan üzrə rəhbəri İvana arasında telefon danışıqlarının əsas mövzusu olub. AYİB səlahiyyətliləri yerli firmalara koronavirusun yayılmasının təsiri ilə mübarizə aparmaq üçün təcili maliyyələşdirməyə söz veriblər.

Nazir Mikayıl Cabbarov AYİB-in davamlı dəstəyini alqışlayıb.

Artıq Azərbaycan hökuməti Covid-19 pandemiyasının mənfi iqtisadi təsirini azaltmaq üçün tədbirlərin maliyyələşdirilməsinə 1 milyard manat ayırıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department