Sağlamlıq

ABŞ-da sınaqdan keçirilən koronavirusa qarşı vaksinin ilk nəticələri əldə edildi

ABŞ-ın Pitsburq universitetinin həkimləri yeni koronavirusa qarşı vaksinin klinikadan öncəki sınaqlarının uğurla başa çatdığını bəyan ediblər.

“EBioMedicine” jurnalında dərc edilən məlumata əsasən, mütəxəssislər “S” zülalının hazır fraqmentləri bazasında yeni potensial preparat hazırlayıblar.

Qeyd etmək lazımdır ki, virus insanın ağ ciyər hüceyrələrinə düşmək üçün məhz qeyd edilən “S” zülalından istifadə edir.

Vaksin artıq siçanlar üzərində sınaqdan keçirilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)