Sənaye

Tramp: Səudiyyə və Rusiya neft istehsalını azaldacaq

ABŞ Prezidenti Donald Tramp, Səudiyyə Ərəbistanı və Rusiyanın neft istehsalını 10 milyon barel azaldacaqlarını gözlədiyini söyləyib.

ABŞ Prezidenti Donald Tramp, Cümə axşamı günü Səudiyyə Ərəbistanı Vəliəhd Şahzadəsi Məhəmməd bin Salman ilə telefon danışığının ardından, Səudiyyə Ərəbistanı və Rusiyanın neft istehsalını təxminən 10 milyon barel azaldacaqlarını gözlədiyini bildirib.

ENA.az xəbər verir ki, Tramp, sosial media platforması Twitter yolu ilə etdiyi açıqlamasında, söz mövzusu hasilat azaldılması miqdarının gündəlik olub olmadığını qeyd etməyib. Tramp, Şahzadə Məhəmmədin Rusiya Prezidenti Putin ilə qiymət müharibəsi mövzusunu danışdığını bildirib. 

Tramp, sonrakı "twee"tində istehsalın azaldılmasının "15 milyon barelə qədər qalxa biləcəyini" ifadə edib.

Tramp, "Hər kəs üçün şad xəbər" yazıb.

Rusiya Prezidenti Putinin spikeri Dmitry Peskov, Rusiya Prezidentinin vəliəhd şahzadə ilə danışmadığını söyləyib. 
Səudiyyə Ərəbistanının dövlət mediasına görə, Səudiyyə Ərəbistanı Neft İxrac edən Ölkələr Təşkilatını (OPEC) və təşkilata üzv olmayab ölkələri "təcili yığıncağa" çağırıb. 

Xam neft qiymətləri Trampın açıqlamasından və təcili yığıncaq çağırışından sonra 35%-ə qədər yüksəlib.

Əgər Trampın bəhs etdiyi 10 milyon barellik azaltma günlük əsasda ediləcəksə, bu, Moskva və Riyadın istehsallarını təxminən  45% azaltmaları mənasını verir. Daha əvvəl görülməmiş olan bu miqdar bazarlarda şübhə ilə qarşılanıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)