Sağlamlıq

İqor Nikulin: “Koronavirus ABŞ-a məxsusdur, mutasiyasında təbii heçnə yoxdur”

Virusoloq İqor Nikulin koronavirusun yayılmasının süni olduğuna əmindir. Bu barədə onun dedikləri isə çox qorxunc reallığa bənzəyir. 
Ondan əvvəl isə “dünyada koronavirusun yayılması bioloji müharibənin bir məşqidir”, - deyə Milli Tibb Palatasının prezidenti doktor Leonid Roşal bildirmişdi. Onun sözlərinə görə, mövcud vəziyyət dünya səhiyyə xidmətinin bu kimi müharibəyə nə qədər hazır olduğunu nümayiş etdirdi.

“Əslində bu gün bioloji müharibə məşq olunur. Biz indi yalnız bu barədə danışırıq, artıq nüvə müharibəsindən, terrorizmdən danışmırıq”. 
Virusoloq İqor Nikulin öz növbəsində Roşalın bu fikri ilə razılaşır. "Koronavirusun yayılması açıq şəkildə süni xarakter daşıyır. 2015-ci ildə amerikalılar bu virusu patentləşdirdilər, buna görə də o, ABŞ-ın mülkiyyətindədir. “Nature” jurnalında Amerika virusoloqlarının hibridləşmə apardığından bəhs edən bir məqalə yayıldı, yəni söhbət süni şəkildə dəyişdirilmiş SARS virusundan gedirdi.  Çin yarasasındakı SARS virusu ilə insandakı SARS virusu birləşdirildi və ora dörd HİV əlavəsi olan zülal qatıldı. Yəni, bu bir qlikoproteindir. Heç bir koronavirusda bu cür zülal yoxdur, hansı ki, insan hüceyrələrinə belə asanlıqla nüfuz edə bilsin", deyə virusoloq izah edib. 

2014-cü ildə ABŞ Prezidenti Barak Obama patogen virus və bakteriyaları daha güclü və öldürücü hala gətirən hər hansı bir elmi araşdırmaya moratorium qoydu, sadə dillə desək bu araşdırmaların aparılmasını təxirə saldı. 
“Sonra amerikalılar bu işin bir hissəsini Vuhana köçürdülər. Bu, eyni zamanda, bakterioloji ehtiyatların inkişafı, istehsalı və ehtiyat fondunun qadağan edilməsi haqqında Konvensiyanı pozmaq cəhdi idi", deyə ekspert qeyd edib.

Bütün işlər ABŞ Müdafiə Nazirliyi tərəfindən idarə olunan ABŞ-ın ən böyük biotibbi tədqiqat müəssisəsi olan Fort Detrick-də aparılmışdı. Bu mərkəz kimyəvi və bioloji silahların yaradılması üzərində işləyir. 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində sovet və rus mütəxəssisləri tərəfindən həmin Mərkəz dəfələrlə yoxlanılmışdı. 

“2015-ci ildə ABŞ bu virusu patentləşdirdi. 5 Avqust 2019-cu ildə New York Times yazdı ki, “Fort Detrick” araşdırma mərkəzi bioloji təhlükəsizlik səbəbiylə bağlanıb. Elə həmin ayda, yəni avqustda isə bir sızma olduğu barədə xəbər yayıldı. Belə ki, avqustun 31-də New York Times yazdı ki, ABŞ-da qəribə bir ağciyər epidemiyası yaranıb, o zaman 215 nəfər yoluxmuşdu. 2019-cu ilin 11 sentyabrda isə Donald Trump Yoluxucu Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinin təkidi ilə bir iclas keçirdi. O vaxta qədər 500 yoluxmuş xəstə var idi. Vəziyyət nəzarətdən çıxdı, bir neçə hərbçi öldü", deyə Nikulin izah edir. 

15-28 oktyabr 2019-cu il tarixlərində Vuhan şəhərində VII Yay Ümumdünya Müharibə Oyunları keçirildi. Həmin yarışlarda ABŞ ordusunun şəxsi heyəti də iştirak etdi. “ABŞ ordusunun virusu Çinə gətirdiyinə dair bir şübhə var. Bu, təsadüfən, ya da məqsədli şəkildəmi oldu, bilmirik. Ancaq təbii bir ocağın olmadığı real bir həqiqətdir. Çinlilərin dəfələrlə qeyd etdiyi kimi, bu artıq aydınlaşır. COVID-19-a yaxın bir virus nə ilanda, nə də yarasada tapılmadı”.
Virusoloqun  sözlərinə görə, hazırda dünyada ən pis vəziyyət ABŞ-dadır: “Onların ümumiyyətlə heç bir dövlət sanitariya-epidemioloji nəzarət sistemi yoxdur. Tramp hərəkətə keçməyə başlayanda artıq çox gec idi. Bu, insanlığa bir xəbərdarlıqdır. Bəli, virus ən təhlükəlisi deyil, baxmayaraq ki, İran və ya İtaliyada yayılan virusun modifikasiyası daha təhlükəlidir. İtaliyada artıq ölüm nisbəti 10%-dir, 12%-dən sonra vəziyyət xüsusilə təhlükəli xarakter alacaq. Əlbəttə ki, beynəlxalq birliyin hərbi-bioloji inkişafa nəzarət etmək üçün səfərbər olması və razılığa gəlməsi vacibdir. Belə bir razılaşma olmadıqca bütün dünya üçün böyük təhlükə var”. 

 

Mənbə: http://realtribune.ru/news/world/3907?utm_referrer=https://pulse.mail.ru&utm_source=pulse_mail_ru&fbclid=IwAR0cMDhR13M95nM-PZCy-aP3NBZJ3UBRz3FhUNVW2H9TTGcQYYexPyiO63o

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department