“BakuBus” sürücü axtarır - MAAŞ 800 MANAT
Bakı Nəqliyyat Agentliyi (BNA) “BakuBus” MMC-də sürücü vəzifəsinə işə qəbulu elan edir.
Qurumun mətbuat xidmətindən verilən məlumata görə, “D” və “DE” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 23-dən az və 65-dən çox olmayan və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi beş ildən az olmayan) sürücülər "BakuBus" MMC-yə müraciət edə bilərlər:
“Tələblərə uyğun şəxslər cv@bakubus.az elektron poçt ünvanına CV göndərə bilərlər. Həmçinin, işə qəbul barədə (012) 404-11-10 nömrəli telefona zəng edərək ətraflı məlumat almaq olar”.
Şəxslər aşağıdakı əsaslarla işə qəbyl olunacaq:
Ø Əmək müqaviləsi əsasında işə qəbul
Ø 2 növbəli, 8 saatlıq iş rejimi
Ø Vaxtı-vaxtında aylıq əmək haqqı ilə təminat (sürücülər 800 manat, xətt dispetçerləri 815 manat)
Ø Gələcək pensiya təminatı
Ø Vaxtaşırı mükafatların verilməsi (əmək fəaliyyətində fərqlənməyə və yubileylərə görə)
Ø İl ərzində əmək məzuniyyətindən istifadə olunması
Ø Sanatoriyalara göndərişlərin verilməsi
Ø Xəstəlik müddətində xəstəlik müavinəti ilə təminat
Ø Xüsusi geyim forması ilə təminat QEYD: “BakuBus” MMC-də çalışan sürücü və xətt dispetçerləri qanunvericiliklə müəyyən olunan bütün hüquq və imtiyazlardan yararlanırlar.