Rusiyada kolbasaya da vergi gəlir?: Məhsulun qiyməti bahalaşa bilər
Rusiyada qırımızı ətin emalı məhsullarına aksiz vergisi təyin oluna bilər. Söhbət kolbasa, sosiska və bekondan (donuz əti) gedir.
"BI" Sostav.ru-ya istinadən xəbər verir ki, vergi təyin olunarsa, bu halda kolbasa məhsullarının qiyməti 30% bahalaşa bilər.
İzvesitisiya nəşri yazır ki, mövcud təklifi Hökumət yanında ekspert məsləhət şurası verib. Təklifin təşəbbüskarı qeyd edirlər ki, emal edilmiş ət məhsulları böyük miqdarda kanserogen maddələri özündə saxlayır ki, bu da xərçəngin yaranma riskini artırır. Təklifi verən ekspertlər hesab edir ki, aksizin qaldırılmasından əldə edilən gəliri, sağlam qidalanma məhsullarının qiymətinin aşağı salınmasına yönəltmək olar.
Onların sözlərinə görə, fındıq, paxla, tərəvəz, göyərti və meyvələrə təyin edilmiş ƏDV vergisini ləğv etmək və yaxud azaltmaq olar. Güman edilir ki, hökumət tərəfindən həyata keçiriləcək bu ölçü rusları sağlam qidalanmağa sövq edəcək və onların ömrünün uzunluğunu artıracaq.
Ölkənin Səhiyyə Nazirliyi ekspertlərin bu təklifini artıq bəyənib. Ekspert Tatyana Zubkova hökumət qarşısında qaldırılmış təklif barəsində deyib ki, qırmızı ətin emalının məhsullarının istehlakı ürəyin işemik xəstəliyinin, insult və 2-ci tip şəkərli diabetin riskini artırır: “Buna görə də, kolbasa məhsullarının, eləcə də tərkibində kanserogen olan məhsulların istehlakını nizama salmaq zəruridir”.
Ancaq konkret ölçülər barəsində hələki müzakirələr aparılmayıb.