Sosial iqtisadiyyat

Gürcüstanda komendant saatı tətbiq olunacaq

Sabahdan Gürcüstan bütün ərazisində komendant saatı tətbiq olunacaq.

ENA.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Giorgi Qaxaria brifinqdə bildirib.

Onun sözlərinə görə, saat 21:00-dan saat 06:00-dək piyadaların və nəqliyyat vasitələrinin hərəkəti qadağan olunacaq.

Qeyd edək ki, qonşu ölkədə aprelin 21-dək fövqəladə vəziyyət qüvvədədir. Sabahdan ölkədə ümumi karantin rejimi tətbiq olunacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)