Sosial iqtisadiyyat

Məhkumların azadlığa buraxılması prosesi davam etdiriləcək – RƏSMİ

“Məhkumların azadlığa buraxılması prosesi intensiv davam etdiriləcək”.

Bunun  açıqlamasında Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirib. Bu günədək 200 məhkumun vaxtından əvvəl azadlığa buraxıldığını qeyd edən M. Sadıqov bu prosesin gələcəkdə də davam etdiriləcəyini deyib.

Qeyd edək ki, martın 26-da 200 məhkum azadlığa buraxılıb. Ədliyyə Nazirliyinin məsələ ilə bağlı açıqlamasında bildirilib ki, ölkəmizdə qlobal pandemiyanın qarşısının alınması məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən zəruri qabaqlayıcı tədbirlər, o cümlədən dezinfeksiya işləri davam etdirilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)