7 ölkədə koronavirus dərmanının sınağı başlayıb
Qlobal təşvişə yol açan koronavirus pandemiyası ilə əlaqədar ümidverici açıqlama “Sanofi” və “Regeneron Pharmaceuticals” dərman şirkətlərindən gəlib.
ENA.az “Reuters”ə istinadən xəbər verir ki, iki şirkət “Kevzara” adlı dərmanın 7 ölkədə sınamağa başlandığını açıqlayıb.
Dünyada 700 min civarında insanı ağuşuna alan koronavirusa qarşı dərmanın sınaqları ABŞ, İtaliya, İspaniya, Almaniya, Fransa, Kanada və Rusiyada keçiriləcək.
Şirkətlər təcrübələrin 300 nəfər üzərində aparılacağını bildiriblər. Bundan başqa, dərmanın xüsusilə durumu ağır və kritik xəstələr üzərində sınanacağı vurğulanıb.