Şirkət satış üzrə mütəxəssis axtarır - MAAŞ 1000 MANAT
"CPC" MMC (Corn Processing Company)
SATIŞ ÜZRƏ MÜTƏXƏSSİS
İş yeri: BEGOC Biznes Mərkəzi (Zərifə Əliyeva 93, AZ1000)
İş vaxtı: I - V günlər 09:00 - 18:00
Tabeçilik: Satış və Marketinq departamentinin müdiri
Əmək haqqı: 1000 AZN – dən başlayaraq + rüblük bonuslar
İŞİN TƏSVİRİ
− Zavodun (qlükoza, fruktoza, nişasta) istehsal etdiyi əsas məhsulların qənnadı, ət, süd istehsalı və sənayə sahələrinə satışını həyata keçirmək;
− Yan məhsulların (qlüten, qarğıdalı özəyi, kəpəyi) fermalara və aqro-parklara satışını həyata keçirmək;
− Müştəri bazası yaratmaq, təhlil etmək və öyrənmək;
− Müştəri bazasının artırılması məqsədi ilə bazarın müntəzəm təhlilini aparmaq;
− Biznesin inkişafı üçün yerli alıcılarla sıx əlaqə qurmaq;
− Potensial alıcıları keyfiyyətli və maraqlı təkliflərlə cəlb etmək;
− Müntəzəm səfərlər, telefon zəngləri və e-poçt əlaqələri ilə yeni və mövcud müştərilərlə əlaqələr saxlamaq;
− Həftəlik, aylıq və illik hesabatların rəhbərliyə təqdim etmək;
− Yeni əlaqələr qurmaq üçün şirkətlərin və müştərilərin nümayəndələri ilə görüşlər keçirmək;
− Rəqiblərin bazarını müntəzəm olaraq araşdırmaq;
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR
− Müstəsna satış bacarıqları və sübut edilmiş satış təcrübəsi;
− Ali təhsil;
− Dil bilikləri (Azərbaycan dilində səlis danışıq, İngilis və Rus dillərini yüksək səviyyədə bilmək arzuolunandır);
− Office proqramlarında, xüsusi ilə Excell proqramında işləmə bacarığı;
− Müvafiq sahədə minimum 2 (iki) il iş təcrübəsi (aqro və qənnadi səhalərində təcrübəsi olanlara üstünlük veriləcək);
Göstərilən tələblərə cavab verən namizədlər öz CV - lərini hr@cpccom.az ünvanına göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd etməyiniz xahiş olunur, əks halda müraciətlərinizə baxılmayacaq).