Koronavirusla bağlı sayta HÜCUM OLDU
Koronavirusinfo.az saytına haker hücumu olub.
Operativ qərargahdan "ENA"ya verilən məlumata görə, bu gün saat 15:30 radələrində Nazirlər Kabinetinin yanında Operativ Qərargah tərəfindən yaradılmış www.koronavirusinfo.az məlumat portalına haker hücumu olub.
Texniki heyət tərəfindən hücumun qarşısı alınsa da, portalın fəaliyyətində bəzi texniki problemlər yaranıb.
Qısa müddətdə problemin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib, hazırda portal normal iş rejimində fəaliyyətini davam etdirir.