“Azərbaycanda rəqəmsal iqtisadiyyat” Dövlət Proqramı hazırlanacaq
“Azərbaycanda rəqəmsal iqtisadiyyat” Dövlət Proqramı hazırlanacaq.
Bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün bağlanmış Baş Kollektiv Sazişində əksini tapıb.
Sazişə əsasən, tərəflər “Azərbaycanda rəqəmsal iqtisadiyyat” Dövlət Proqramını hazırlayıb qəbul etmək öhdəliyi götürüblər.