Bank

Valyuta hərracı keçirildi - NƏTİCƏSİ

19 mart 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirilib.

Mərkəzi Bankdan ENA.az-a daxil olmuş məlumata görə, hərracda tələb 243,7 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir. Bir əvvəlki hərracda tələb 250,3 milyon ABŞ dolları təşkil etmişdi.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department