Gürcüstandan avtomobil idxalı 3 dəfə artıb

Bu ilin yanvar-fevral aylarında Gürcüstandan Azərbaycana ümumi dəyəri 60,617 mln ABŞ dolları olan 6 574 ədəd avtomobil ixrac olunub.
Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.
İllik müqayisədə Azərbaycanın qonşu ölkədən idxal etdiyi minik avtomobillərin sayı 4 399 ədəd və ya 3 dəfə artıb.