Azərbaycanda koronavirusdan sağalmanı necə müəyyən edirlər?
“Sağalmış insanlar ardıcıl olaraq iki dəfə analiz verirlər, nəticə mənfi olarsa, evə buraxılırlar”.
ENA.az xəbər verir ki, bu sözləri Nazirlər Kabinetinin yanında Operativ Qərargahın üzvü, baş infeksionist Cəlal İsayev ötən gün İctimai Televiziyada yayımlanan “Diqqət Mərkəzi” verilişində deyib. İnfeksionistin sözlərinə görə, xəstəlik adətən iki həftəyə kimi davam edir:
Eləcə də bax: Qrip ilə koronavirusun fərqi nədir?
“Belə bir fikir var ki, virus sağalmış insanlarda 5 həftəyə kimi qala bilir. Ona görə də bu insanlar ətrafdakılar üçün təhlükə törədə bilər. Sağalmış insanları diqqətdə saxlamaq lazımdır. Çinin təcrübəsində müəyyən olunub ki, sağalmış şəxslərin ağciyəri zədələndiyi üçün ciyərlərdə fibroz adlandırdığımız xətlər qalır. Bu, tənəffüs sisteminə bir qədər mənfi təsir göstərə bilər. Ona görə də belə insanlara müxtəlif fizioterapevtik vasitələr, idman hərəkətləri ilə kömək göstərmək olar”.