Bank

Mayasından ən yaxşı və pis istifadə edən banklar - SİYAHI

"Atabank" istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 29 bank ötən ili 536,9 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da onların bu il yanvarın 1-nə malik olduqları 4 milyard 785,5 milyon manat məbləğində nizamnamə kapitalının 12,2%-i qədərdir.

Ayrı-banklarda isə sözügedən nisbət fərqlidir. Belə ki, 2019-cu ildən mənfəətlə çıxmış 23 bank arasında nizamnamə kapitalından ən yaxşı istifadə edəni "Kapital Bank" ASC olub. Bu bankın əldə etdiyi mənfəət kapitalının 59,6%-ni təşkil edib. Baxmayaraq ki, "Kapital Bank" kapitalının məbləğinə görə, Azərbaycanda 7-ci bankdır.

Fəaliyyət effektivliyinə görə, 2-ci yeri "Bank of Baku" ASC tutub. Bank ötən il nizamnamə kapitalının 46,5%-i qədər mənfəət əldə edib. Xatırladaq ki, "Bank of Baku" kapitalının məbləğinə görə, 29 bank arasında ölkədə 24-cüdir.

Mənfəətinin kapitalına nisbətinə görə 3-cü yerə isə 27,8%-lik göstərici ilə "Bank Respublika" ASC sahib olub. Baxmayaraq ki, "Bank Respublika" nizamnamə kapitalının məbləğinə görə, ölkədə 16-cıdir.

Mənfəətlə işləyən qalan 20 bankdan 8-də sözügedən göstərici 10-25% arasında, 10 bankda 1-10% arasında, 2 bankda isə 0-1% arasında dəyişir. 

Bankın adı

Bankın illik mənfəətinin  / zərərinin

nizamnamə kapitalına nisbəti

1

Kapital Bank

59,6%

2

Bank of Baku

46,5%

3

Bank Respublika

27,8%

4

Azərbaycan Beynəlxalq Bankı

24,4%

5

PAŞA Bank

19,5%

6

Unibank

19,1%

7

Express Bank

17,0%

8

Azərbaycan Sənaye Bankı

12,8%

9

Bank BTB

11,3%

10

Rabitəbank

11,0%

11

Bank Avrasiya

10,7%

12

Xalq Bank

9,2%

13

AFB Bank

8,9%

14

Premium Bank

8,5%

15

Yapı Kredi Bank Azərbaycan

7,2%

16

Naxçıvan Bank

6,7%

17

Zıraat Bank Azərbaycan

6,3%

18

Günay Bank

3,3%

19

NBC Bank

2,1%

20

Bank VTB Azərbaycan

1,5%

21

Azər-Türk Bank

1,2%

22

Turan Bank

0,6%

23

Yelo Bank

0,0%

24

AGBank

-2,0%

25

Pakistan Milli Bankı - Bakı

-4,3%

26

Muğan Bank

-8,1%

27

İran Milli Bankı - Bakı

-22,5%

28

Amrah Bank

-28,0%

29

Access Bank

-34,7%

30

Atabank

Açıqlamayıb

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)