Sosial iqtisadiyyat

Bu dövlət qurumu fəaliyyətini məhdudlaşdırdı

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisiu Vüsal Hüseynov facebook vasitəsi ilə vətəndaşlara müraciət edib. 

ENA.az xəbər verir ki, o, miqrasiya xidmətlərinin əldə edilməsi ilə bağlı qəbul şöbələrinin fəaliyyəti məhdudlaşdırıldığı üçün müraciətlərin müvəqqəti olaraq aşağıdakı formada edilməsini tövsiyə edib:

1. Olduğu yer üzrə qeydiyyat, iş/yaşama icazələri, müvəqqəti olma müddətinin uzadılması, vətəndaşlıq mənsubiyyətin müəyyən edilməsi, vətəndaşlığa, qəbul, bərpa, xitam və digər müraciətlər Xidmətin internet səhifəsi üzərindən elektron qaydada edilə bilər. Qəbul şöbəsinə gətirmək - istədiyiniz sənədlər skan edilir və e-poçt formasında göndərilir.

2. Miqrasiya Xidməti bayram günlərində də tam iş saatında fəaliyyət göstərəcək və müraciətlər cavablandırılacaqdır. Ölkədə olma müddəti bayram günlərində bitən şəxslər həmin günlərdə müraciət edə bilər.

3. Daimi yaşama icazəsinin alınması ilə bağlı müraciət edən şəxslər üçün Azərbaycan dili üzrə hazırlıq kursları müvəqqəti dayandırılmışdır. Hazırlaşmaq istəyən şəxslər hazırlıq materialı və istiqamət üçün (012) 5663774 nömrəsi ilə əlaqə saxlaya bilər.

4. Ümumən xüsusi zərurət yoxdursa yaxın günlərdə qəbul şöbələrinə fiziki müraciətlərin azaldılmasını xahiş edirik.

5. Müraciətlərlə bağlı və ya ümumən Miqrasiya Xidmətinin fəaliyyəti ilə bağlı hər məsələni dəqiqləşdirmək üçün fasiləsiz rejimdə işləyən 919 Çağrı Mərkəzi ilə əlaqə yaratmağınız xahiş olunur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department