Mübariz Mənsimov Türkiyədə saxlanıldı
“Palmali Group” şirkətinin təsisçisi, əslən azərbaycanlı iş adamı Mübariz Mənsimov Türkiyədə saxlanılıb.
ENA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, bu gün səhər İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində İstanbul Maliyyə Cinayətləri İdarəsi tərəfindən saxlanılıb.
Şübhəli şəxs kimi saxlanılan iş adamın evində axtarış aparılıb.
Bildirilir ki, "Palmali Group" şirkətinin təsisçisi FETÖ istintaqı çərçivəsində saxlanılıb və onun olduğu ünvanda axtarışlar aparılıb.