Dollara tələb daha da artdı - VALYUTA HƏRRACI
13 mart 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə növbədənkənar valyuta hərracı keçirilmişdir.
Mərkəzi Bankın yaydığı məlumata görə, hərracda tələb 265,2 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.
Dünən hərracda tələb 220,8 milyon .ABŞ dolları təşkil etmişdi.