Sənaye

SOCAR Səudiyyə Ərəbistanından neft alacaq

SOCAR Türkiyədəki "Star Rafineri" neft emalı zavodu üçün Səudiyyə Ərəbistanına bu ilin aprel ayına 3 milyon barel neft sifariş verib.

Bu barədə "Reuters"ə neft bazarındakı mənbə məlumat verib.

Hazırda Səudiyyə Ərəbistanının milli neft şirkəti olan "Saudi Aramco" Rusiyanın "Urals" markalı neftinin əsas alıcıları olan Azərbaycanın SOCAR, Finlandiyanın "Neste Oil", İsveçin "Preem", Fransanın "Total", Böyük Britaniyanın BP və İtaliyanın "Eni" şirkətləri ilə öz neftinin satışına dair danışıqlar aparır.

Neft şirkətlərinin "Saudi Aramco" ilə apardığı danışıqlar Səudiyyə Ərəbistanının milli neft şirkətinin təklif etdiyi aşağı qiymətlərlə izah olunur.

Qeyd edək ki, "Star Rafineri" əsasən "Urals" markalı neftin emalını həyata keçirir. Ümumilikdə, ötən ilin oktyabr ayında istifadəyə verilən zavod ildə 10 mln. ton xam neft emal gücünə malikdir. Əsas məhsullarını dizel yanacağı (5 mln. tona yaxın), təyyarə yanacağı (1,5 mln. ton), nafta (1,5 mln. ton), reformat (1 mln yaxın) və kükürd, maye neft qazı, neft koksu və sair neft məhsullarıdır təşkil edir. Bu il zavodda 8 mln. ton neftin emalı nəzərdə tutulub. Bu ilin sonunadək müəssisə 4 mln. ton dizel, 1 mln. tona yaxın təyyarə yanacağı, 1 mln. ton nafta, 700 min ton reformat istehsal etməyə planlaşdırır. Lakin 2020-ci ildən etibarən "Star" ildə 10 mln. ton neft emal edəcək.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)