Braziliya Prezidenti koronavirusa yoluxdu
Dövlət başçısının koronavirusa yoluxması ilə bağlı ilk hal qeydə alınıb.
ENA.az “Politico”ya istinadən xəbər verir ki, Braziliya Prezidenti Jair Bolsonarudan koronavirusla bağlı götürülmüş test müsbət nəticə verib.
Təhlillərin digər nəticələri martın 13-də açıqlanacaq.
Bundan əlavə, prezidentin mətbuat katibi Fabio Vaynqarten də analiz verib və onda da koronavirus aşkar edilib.
Qeyd edək ki, Braziliyanın yüksək səviyyəli nümayəndə heyəti martın 7-dən 10-dək ABŞ-da səfərdə olub, bu müddətdə Braziliya prezidenti və komandası ABŞ Prezidenti Donald Tramp ilə görüşüb