Bank

“AFB Bank”ın sədri vəzifəsindən ayrılıb

“AFB Bank” ASC-nin İdarə Heyətinin sədri Orxan Xubanlı vəzifəsindən ayrılıb.

Məlumata görə, Müşahidə Şurasının qərarına əsasən, İdarə Heyətinin sədrinin vəzifələrini Lalə Quliyeva icra edəcək.

O, hazırda bankın İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışır.

Xatırladaq ki, “AFB Bank” 2008-ci ildə fəaliyyətə başlayıb. Onun nizamnamə kapitalı 70.39 milyon manatdır. Bankın səhmlərinin 99.64 %-i Hikmət Abuzər oğlu İsmayılova (“Azsığorta” ASC-nin 100 %-lik səhmdarı, “Bank of Baku” ASC-nin 31.11 %-lik səhmdarı), 0.18 %-i Cəmil Tahir oğlu Muradova, 0.18 %-i isə Toğrul Hacıyev Ülvi oğluna məxsusdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)