Birja

Rubl çökdü: Son 4 ildə görünməmiş bahalaşma baş verdi

Rusiya rublu çökür. ENA.az xəbər verir ki, bu gün Rusiyada dollar 2016-cı ilin fevralından bəri ilk dəfə 75-i ötüb. Hazırda iqtisadiyyatında neft amili mühüm rol oynayan Rusiyada Dollar/Rubl 75,223-ə yüksəlib. Rusiya Mərkəzi Bankının rəsmi məzənnəsi isə 1 dolların 74,027 rubl ətrafında formalaşır. 

Rusiya mətbuatı yazır ki, koronavirusun pandemiya elan edilməsindən sonra bazarda panika daha da güclənib. Rusiya şirkətlərinin səhmləri də sürətlə ucuzlaşmaqda davam edir.   

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)