Neft yenidən ucuzlaşmağa başlayıb - YENİ QİYMƏT
Dünya birjalarında neftin qiyməti azalıb.
ENA.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,97 dollar və ya 2,82% azalaraq 33,39 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti isə 0,93 dollar və ya 2,50% azalaraq 36,29 dollar təşkil edib.